Bu gün:
Xezer.info » Bu gün » YENİ İLİ MƏHKƏMƏLƏRDƏ QARŞILAYACAQ BANKLAR – SİYAHI

YENİ İLİ MƏHKƏMƏLƏRDƏ QARŞILAYACAQ BANKLAR – SİYAHI



Ölkə bankları ili şikayət və məhkəmə çəkişmələri ilə başa vurur. İlin sonuncu ayına məhkəmə çəkişməsi olmayan bank yoxdur. Görünür, il ərzində bir neçə bankın bağlanması da digər banklara dərs olmur. Bank sektoru ilə bağlı şikayətlər durmadan artır, problemlər xitdəyə qədərdir, məhkəmə iddiaları da saysız-hesabsız.

Tribunainfo.az 2023-cü ilin son ayında məhkəməyə verilən bankların siyahısını tərtib edib. Araşdırma zamanı məlum olub ki, məhkəmə çəkişmələrinin sayına görə həmişə ilk iki yerdə “Unibank” və “Kapital bank” qərarlaşırdı. Bu dəfə şikayət sayına görə “Bank of Baku” “Kapital Bank”ı geridə qoyub. Ancaq siyahıya həmişəki kimi ən çox şikayət və məhkəmə iddialarının sayına görə “Unibank” başçısılıq edir.

Tam siyahını təqdim edirik:

“UNİBANK” ASC – 578 məhkəmə
“BANK OF BAKU” ASC – 449 məhkəmə
“KAPİTAL BANK” ASC – 396 məhkəmə
“ACCESSBANK” QSC – 223 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC – 178 məhkəmə
“YELO BANK” ASC – 167 məhkəmə
BANK VTB (AZƏRBAYCAN) ASC -108 məhkəmə
“NAXÇIVANBANK” ASC – 100 məhkəmə
“EXPRESSBANK” ASC – 99 məhkəmə
“BANK RESPUBLİKA” ASC – 92 məhkəmə
“RABİTƏBANK” ASC – 78 məhkəmə
“PAŞA BANK” ASC – 51 məhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC – 46 məhkəmə
“AZƏR-TÜRK BANK” ASC – 40 məhkəmə
BANK “BTB” ASC – 40 məhkəmə
“XALQ BANK” ASC – 31 məhkəmə
MELLİ İRAN BANKI BAKI FİLİALI – 22 məhkəmə
“AFB BANK” ASC – 10 məhkəmə
“PREMİUM BANK” ASC – 4 məhkəmə
“ZİRAAT BANK AZƏRBAYCAN” ASC – 4 məhkəmə
“BANK AVRASİYA” ASC – 1 məhkəmə
“AZƏRBAYCAN SƏNAYE BANKI” ASC – 1 məhkəmə