ALEN SİMONYAN KTMT-NİN SESSİYASINDA İŞTİRAK ETMƏYƏCƏK
05-dek-2023ER NA spikeri Alen Simonyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının 2023-cü il dekabrın 19-da Moskvada keçiriləcək xarici sessiyasında və 16-cı plenar iclasında iştirak etməyəcək.
Xezerinfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə ER NA prezidentinin mətbuat katibi Tsovinar Xaçatryan məlumat verib.
“ER NA nümayəndə heyəti də sessiyalarda iştirak etməyəcək. ER NA spikeri Alen Simonyan Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə ünvanladığı rəsmi məktubla bu gün Moskvaya getməyəcəyini yazılı şəkildə təsdiqləyib”, o qeyd edib.