QƏTƏRDƏN İSRAİLƏ ŞOK ADDIM
27-noy-2023HƏMAS və İsrail arasında son gününə çatan müvəqqəti atəşkəsin təmin edilməsində vasitəçi olan Qətərdən yeni addım gəlib. İsrailə nümayəndə heyəti göndərən Qətər atəşkəsin uzadılmasını istəyib.
Xezerinfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahu verdiyi açıqlamada, HƏMAS-ın azad etdiyi hər 10 israilli məhbus üçün münaqişədə humanitar fasilənin bir gün uzadılmasını müsbət hesab etdiyini bildirib.
Qeyd edək ki, İsrail və HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəsin başladığı 24 noyabr cümə günündən bəri tərəflər arasında 3 məhbus mübadiləsi həyata keçirilib və ümumilikdə 175 nəfər azad edilib.