MƏKTƏBLƏRƏ MƏCBURİ BİLDİRİŞ… “HAMI PEYVƏND OLUNSUN”
27-noy-2023Rayon Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən məktəblərə təcili olaraq peyvəndlərdən (xüsusilə qızılca peyvəndindən) geri qalmış uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinin gücləndirilməsini tələb edən bildiriş göndərilib.
Xezerinfo.az xəbər verir ki, bildirişdə qeyd edilib ki, peyvənd olmayan uşaqların peyvəndə cəlb olunması işinə bilavasitə məktəb direktorları və uşaq sanatoriyalarının baş həkimləri cavabdehdir.
Məhz bu səbəbdən peyvənddən imtina etmiş ailələrin məktəbə təqdim etdiyi arayış geri qaytarılıb. Bütün təhsil ocaqlarında məktəblilərin xüsusilə qızılca peyvəndi olunması məcburi tələb edilir.