Bu gün:
Xezer.info » Dünya » HƏMAS-ın azad edəcəyi girovların siyahısı İsrailə təqdim edilib

HƏMAS-ın azad edəcəyi girovların siyahısı İsrailə təqdim edilib



Qəzza zolağında HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların siyahısı İsrailə verilib. Onlar noyabrın 27-də azadlığa buraxılmalıdır.

Xezerinfo.az xəbər verir ki, bu barədə İsrailin “Galei Tzahal” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, siyahı bazar ertəsi gecə İsrail tərəfinə təhvil verilib. Siyahıya daxil olan girovların sayı, eləcə də vətəndaşlıqları barədə hələ məlumat verilməyib.