“BİLET QİYMƏTLƏRİ ENMƏSƏ İKİ ÖLKƏ ƏMƏKDAŞLIĞI ARZU OLARAQ QALACAQ” – POLİTOLOQ
21-noy-2023Təyyarə biletlərinin qiyməti bu civarda qalacaqsa, iki ölkə arasında gediş-gəlişin artacağı, turizmin və ticarətin həyata keçirilməsi arzu olaraq qalacaq.
Xezerinfo.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. O bildirib ki, hazırda bir nəfər üçün Şimali Kipr Türk Cumhuriyyətinə gediş-gəliş bietinin qiymət 800 manatdır:
“Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Ersin Tatar oktyabr ayında Bakıda oldu, prezident İlham Əliyevlə geniş fikir mübadiləsi apardı. Azərbaycanla Şimali Kipr Türk Cumhuriyyəti arasında müxtəlif sahələrdə əməkdaşlıq qərarı verildi. İki ölkə arasında əməkdaşlığın genişlənməsinin əsas şərtlərdindən biri təyyarə reysləridir. Bakı-Lefkoşe birbaşa təyyarə reysinin açılmasının çətinlikləri olsa da, hələlik İstanbul və Antalya üzərindən uçuşların yerinə yetirilməsi planlaşdırılıb. Maraqlandım, aprel ayı üçün Şimali Kipr Türk Cumhuriyyətinə 1 nəfər üçün gediş-gəliş biletinin ən uyğun qiyməti 800 manatdır. Bu çox böyük məbləğdir. Təyyarə biletlərinin qiyməti bu civarda qalacaqsa, iki ölkə arasında gediş-gəlişin artacağı, turizmin və ticarətin həyata keçirilməsi arzu olaraq qalacaq”.