BU NAZİR İSRAİLİ TƏNQİD ETDİYİ ÜÇÜN İŞDƏN ÇIXARILIB
21-noy-2023İspaniyanın baş naziri Pedro Sançes İone Belaranı sosial ədliyyə naziri vəzifəsindən azad edib. Xezerinfo.az xəbər verir ki, bu qərar onun İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid etdiyi üçün verilib.
Belara daha əvvəl İsraili müharibə cinayətləri törətməkdə günahlandırıb və İsrail rəhbərliyinin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasını istəyib, İspaniya vətəndaşlarından Fələstinə dəstək üçün küçələrə çıxmağa çağırıb.