“İRƏVANLA BAKI ARASINDA BİRBAŞA DİALOQ VACİBDİR” – MİLLER
21-noy-2023ABŞ Azərbaycan və Ermənistan rəhbərliyini dəstəkləyir və iki ölkə arasında danışıqları asanlaşdırmağa hazırdır.
Xezerinfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib ki, İrəvan və Bakının birbaşa dialoqa başlaması və problemləri Cənubi Qafqaz regionunun xeyrinə həll etməsi vacibdir. Vaşinqton bu danışıqları asanlaşdırmağa hazırdır.
“Digər ölkələr də tərəflər arasında aparılan danışıqlara öz dəstəklərini təklif edirlər. Biz uzunmüddətli sülhə nail olmaq üçün birbaşa danışıqları vacib hesab edirik”, – o deyib.
Millerin sözlərinə görə, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan rəhbərliyini dəstəkləyir və iki ölkə arasında bütün tərəflərin hüquqlarına hörmətlə yanaşacaq davamlı sülhün bərqərar edilməsinə yönəlmiş danışıqları asanlaşdırmağa hazırdır.