Bu gün:
Xezer.info » Qarabağ » ERMƏNİSTAN UKRAYNAYA RAKET TƏDARÜK EDİR?

ERMƏNİSTAN UKRAYNAYA RAKET TƏDARÜK EDİR?



Ermənistanın müdafiə departamenti ölkə mediasını xarici mənbələrdən gələn yalan tezisləri yaymamağa çağırıb.

Xezerinfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bir sıra erməni və xarici nəşrlərdə Ukraynaya raket tədarükü ilə bağlı dərc olunan xəbərləri təkzib edib.

Departamentin mətbuat katibi Aram Torosyanın verdiyi məlumata görə, Müdafiə Nazirliyinin müvafiq bölməsi hərbi sahə ilə bağlı mətbuat nəşrlərini daim izləyir və lazım gəldikdə reaksiya verir.

O, əlavə edib ki, bu nəşr reallığa uyğun gəlmir və Müdafiə Nazirliyi Ermənistan KİV-lərini xarici nəşrlərin informasiya meydanına “atdığı” yalan tezisləri təkrarlamamağa çağırır.

Qeyd edək ki, bir sıra nəşrlər İrəvanın “Toçka” əməliyyat-taktiki sistemlərini, eləcə də hava hücumundan müdafiə sistemlərini Kiyevə vermək niyyətində olduğunu yazıb. İddialara görə, bundan əvvəl Ermənistan Qərb silahlarını almağa başlayıb və sovet silahlarının köhnə modellərini növbə ilə verir.