Bu gün:
Xezer.info » Siyasət » Hakan Fidan Azərbaycanı təbrik etdi

Hakan Fidan Azərbaycanı təbrik etdi



Türkiyə xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Xezerinfo.az xəbər verir ki, bu barədə H.Fidan sosial şəbəkə hesabında paylaşım edib.
“Can Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm. Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır. 44 günlük dastansəra mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm.
Qarabağ Azərbaycandır!”, – XİN başçısı qeyd edib.