HƏMAS Qəzza zolağının şimalına nəzarəti itirdi
09-noy-2023Fələstinin HƏMAS hərəkatı Qəzza zolağının şimalına nəzarəti itirib.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqari bildirib.
Onun sözlərinə görə, Qəzza zolağının 50 minə yaxın sakini artıq sözügedən ərazinin şimalından cənubuna keçib.
“Onlar tərk edirlər, çünki anlayırlar ki, HƏMAS Qəzzanın şimalında nəzarəti itirib və cənubda dərman, qida və suyun təmin edildiyi daha təhlükəsiz bölgə var”, – Ordunun sözçüsü qeyd edib.