Bu gün:
Xezer.info » Qarabağ » İrəvanın növbəti xəyanəti - erməni generallar Moskvanı Pentaqonla əvəzləyir - ŞƏRH

İrəvanın növbəti xəyanəti - erməni generallar Moskvanı Pentaqonla əvəzləyir - ŞƏRH



Kreml Rusiya növbəti dəfə İrəvandan ağır zərbə alıb. Mövcudluq tarixi xəyanət, satqınlıq üzərində qurulan ermənilər sürətlə yeni hami axtarışına çıxıblar. Onlar bir millət və dövlət kimi formalaşmalarında əvəzsiz xidmət göstərmiş Rusiyaya arxa çevirir, onu satmaqla məşğuldurlar. 44 günlük müharibə zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Kreml rəhbərinə yalvardığı, Azərbaycanı dayandırmağı xahiş etdiyi halda indi ona qarşı çıxır, yumşaq desək, ona xəyanət edir. Qərbdən aldığı tapşırıqlara uyğun olaraq rəsmi Moskvanı regiondan uzaqlaşdırmaqda israrlıdır.

İrəvan Fransa və ABŞ kimi ölkələrlə hərbi, siyasi əməkdaşlığı genişləndirməkdədir. Sentyabrda ABŞ ilə birlikdə keçirilən “EAGLE PARTNER 2023” hərbi təlimlərindən sonra yüksək rütbəli hərbçilərini Pentaqon generalları ilə görüşə göndərib. Görünən odur ki, sentyabrda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərindən nümayişkaranə şəkildə imtina edərək ölkə ərazisində ABŞ hərbi təlimlərini keçirməklə İrəvan ard-arda anti-Rusiya addımları atmaqdadır.