Bu gün:
Xezer.info » Kriminal » Samuxda ana və oğlu bıçaqlanıb

Samuxda ana və oğlu bıçaqlanıb



Samux rayon Çobanabdallı kəndində ana və oğlu bıçaq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, mübahisə zəminində bıçaq xəsarətləri alan 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və onun anası 1980-ci il təvəllüdlü A.Nəbiyeva xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs də döyülərək müxtəlif bədən xəsarətləri alıb və həmin şəxs də xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.