Bu gün:
Xezer.info » Bu gün » Bakıda onlayn kazinoda udduğu 40 min müsadirə olundu, 3 min də cərimələndi

Bakıda onlayn kazinoda udduğu 40 min müsadirə olundu, 3 min də cərimələndi



Azəbaycanda qadağan olunmuş “1XBet” bukmeyker kontoru saytında təşkil olunan onlayn qumar oyunlarında ümumilikdə 39993.83 manat udan şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Qazı-Məmməd şəhərində anadan olmuş, subay, ali təhsilli İlkin Zamanov (ad, soyad-şərti) sözügedən qumar oyunlarında iştirakına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
İ.Zamanov sözügedən maddə ilə özünü təqsirli bilərək izahatında göstərib ki, onlayn qumar oyunlarına xüsusi marağı var, təxminən beş ildir sosial şəbəkədə “1 xbet” saytında təşkil olunan qanunsuz onlayn qumar oyununda iştirak edib, onlayn kazino oyunları oynayıb. O, sonuncu dəfə 10 may 2023-cü il tarixdə yaşadığı evdə olarkən “1 xbet.com” saytında təşkil olunan onlayn qumar oyunlarında iştirak edərək ümumilikdə 39993.83 manat qazanc əldə etmiş, əldə etdiyi pul vəsaiti isə onun hesabı dondurulduğu üçün nağdlaşdıra bilməyib. Həmin pul vəsaiti hazırda “Mpay” şirkəti tərəfindən dondurulmuş hesabının balansındadır. O etdiyi əməldən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə, İ.Zamanov İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və əldə etdiyi 39.993 manat pul vəsaiti dövlət nəfinə müsadirə edilməklə barəsində 3.000 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub.