İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb
03-sen-2016Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın “Cənub” hava limanına aparılacaq. Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.
İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.