Bu gün:
Xezer.info » Qarabağ » Oskanyan: “Ermənistan azərbaycanlıların geri qayıtmasına artıq razılaşıb”

Oskanyan: “Ermənistan azərbaycanlıların geri qayıtmasına artıq razılaşıb”



Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan özünün facebook səhifəsində Qarabağ məsələsi, Ermənistanın hazırkı mövqeyini barədə geniş çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, sabiq nazir bildirir ki, Ermənistan tərəfinin Azərbaycanla sülh danışıqları, habelə Türkiyə ilə sərhədlərin açılması istəkləri İrəvana baha başa gələcək.

O iddia edir ki, sülhün ən böyük qarantiyası Azərbaycanın Qarabağ ermənilərinin öz təhlükəsizliklərini təmin edə bilmələri üçün bəzi beynəlxalq zəmanətlərlə, hətta müəyyən dərəcədə muxtariyyətlə öz evlərinə qayıtması ilə razılaşması olacaq. “Bu, Azərbaycan və Türkiyə arasında ən böyük sınaq olacaq. Amma indi bu sülhün nəyin hesabına olacağı sualı açıq qalır”.

O qeyd edib ki, Nikol Paşinyan və hökuməti azərbaycanlıların Ermənistana qayıtması məsələsində artıq razılığa gəlib. “Bu gün dövriyyəyə buraxılıb ki, əgər biz Qarabağ ermənilərinin öz evlərinə qayıtması məsələsini qaldırsaq, Azərbaycan öz vətəndaşlarının Ermənistana qaytarılması məsələsini qaldıracaq. Amma bu, artıq əxlaqsızlığın, dəliliyin zirvəsidir. Çünki Paşinyan və hökuməti bir ildən artıqdır ki, azərbaycanlıların Ermənistana gəlməsi məsələsini müzakirə edir və anklavların qaytarılmasına razılıq verib”.