Bu gün:
Xezer.info » Eksklüziv » “AZƏRİQAZ”IN ABONENTLƏRLƏ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ BİTMİR

“AZƏRİQAZ”IN ABONENTLƏRLƏ MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ BİTMİR



Son aylar “Azəriqaz” İstehsalat Birliyi kütləvi şəkildə abonentləri məhkəmələrə verir, yaxud da vətəndaşlar qarşı tərəfdən şikayət edirlər. Tribunainfo.az bildirir ki, paytaxtın əksər rayon məhkəmələrində “Azəriqaz”la abonentlərin çəkişmələrinə dair faktlar görmək olar.

Belə görünür ki, qurumun vətəndaşlarla problemləri bitmək bilmir. Bu da nəticədə məhkəmə müstəvisində həllinə gətirib çıxarır.
Xətai rayon Məhkəməsində də daha iki belə iddia ərizəsi var. Misal üçün İskəndərov Eldost Şirinəli oğlu “Azəriqaz” barədə iddia qaldırıb. İşə hakim Pərviz Zamanlı sədrlik edib.
İşin mahiyyəti kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsidir. Digər iddiaçı Əliyev Fəxrəddin Baxış oğludur. İşə hakim Samirə Eyvazova sədrlik edib.