Bu gün:
Xezer.info » Eksklüziv » MÖHTƏŞƏM PARADA SON 2 GÜN… İŞLƏR SÜRƏTLƏNDİRİLDİ

MÖHTƏŞƏM PARADA SON 2 GÜN… İŞLƏR SÜRƏTLƏNDİRİLDİ



Noyabrın 8-də Xankəndidə keçiriləcək Zəfər Gününə hazırlıqlar davam edir. Zəfər Günü keçiriləcək paradla bağlı hazırlıq işləri son iki gündür daha da sürətləndirilib.

Xezerinfo.az xəbər verir ki, Xankəndidə baş tutacaq parada böyük hazırlıq gedir. Paradın yüksək səviyyədə təşkili üçün gecə-gündüz iş aparılır. Son bir neçə gündür ki, işlər ara verilmədən görülür.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin Xankəndidə baş tutacaq paradı ilə bağlı görülən işlərin böyük hissəsinın artıq yekunlaşdığı deyilir. Hazırda son tamamlanma işləri aparılır.
Möhtəşəm hərbi paraddan sonra tədbirin işğaldan azadlığının üçüncü ili tamam olan Şuşada davam etməsi gözlənilir.