Bu gün:
Xezer.info » Siyasət » “BAHAR MURADOVAYA AYRILAN PULLARA HEYİF” – VƏKİL

“BAHAR MURADOVAYA AYRILAN PULLARA HEYİF” – VƏKİL



Bu ölkədə qadın və uşaqların hüquqlarını qoruyacaq, onların maddi asılığını aradan qaldıracaq, mühafizə edəcək bir dənə normal qurum yoxdu.
“BAHAR MURADOVAYA AYRILAN PULLARA HEYİF” – VƏKİL
Tribunainfo.az xəbər verir ki, son bir neçə gündür Bakıda baş verən intihar hadisələrinə, qadın və uşaqlara qarşı artan şiddət, öldürülmə hallarından danışan vəkil Aqil Layıc bildirib ki, bu kimi halların səbəbi ailədaxili şiddət və keçimsizlikdir:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ancaq statistika ilə məşğuldur, onlara ayrılan pullara heyf. Ayrılan o pullarla şiddətə məruz qalan qadınları və ailələri, uşaqları xilas edərək, onların normal həyatını davam etdirmələrinə yardım etmək olardı.
Həmçinin qəlibləşmiş köhnə ədalətlər də faciələri sürükləyir. Beləcə qadınlar ölür, uşaqlar ölür, dəhşətli ailə faciələri əmələ gəlir”.