Bu gün:
Xezer.info » Bu gün » ŞUŞADAKI AĞIR QƏZANIN SƏBƏBİ… “O ƏRAZİLƏRDƏ BELƏ YOLLAR ÇOXDUR” – EKSPERT

ŞUŞADAKI AĞIR QƏZANIN SƏBƏBİ… “O ƏRAZİLƏRDƏ BELƏ YOLLAR ÇOXDUR” – EKSPERT



Azad edilən ərazilərdə çalışan təşkilatlar yol hərəkəti təhlükəsizliyinə çox ciddi yanaşmalıdır. Bu işdə laqeydlik çox baha başa gəlir. Şuşa rayonunun Daşaltı kəndi ərazisində baş verən, 5 nəfərin yanaraq həlak olması, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsi sərt eniş-yoxuşlu yol sahəsində baş verib. Azad edilən ərazilərimizdə belə yollar çoxdur.

Xezerinfo.az xəbər verir ki, bu barədə danışan yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, azad edilmiş ərazilərimizdəki Zəfər yolu, Murov yolu, Kəlbəcər-Laçın yolu, Minkənd-İstisu yollarında sərt eniş-yoxş var. Ekspertin ikrincə, həmin yollar burada hərəkət edən sürücülərdən yüksək peşəkarlıq tələb edir:

“Sürücülər ilk növbədə avtomobillərinin texniki vəziyyətinə, xüsusən tormoz sisteminə, təkərlərinə, sükan mexanizminə çox diqqətlə yanaşmalıdırlar. Yolda hərəkət vaxtı sərt enişdə iş tormozundan istifadə etmədən, mühərriklə tormozlamadan və başqa yardımçı funksiyalardan istifadə etməlidirlər. Enişlərdə sürətə çox diqqətlə yanaşmalıdırlar, şəraitə uyğun olmayan sürətdə heç bir müasir funksiya sürücüyə kömək edə bilməz.
Yoxuşlarda avtomobili qovmamalıdırlar, yenə də şəraitə uyğun sürətlə, mühərriki çox yükləmədən, yardımçı funksiyalardan istifadə etməklə hərəkət etmək lazımdır.
Yol şəraitinə də xüsusi diqqət yetirmək vacibdir. Dağlarımızda ilin istənilən vaxtı, xüsusən də bu vaxtlar, duman, çiskin, yağıntı ola bilər. Bir azdan qar-buz da olacaq. Bundan əlavə, ərazilərdə tikinti getdiyindən asfalt örtüyü olan yolların da çox yerində yola səpələnmiş torpaq, qum, tikinti texnikasının təkərlərindən bulaşmış palçıq var. Belə asfalt azca yaş olanda çox ciddi sürüşmə effekti yaradır. Sürücülər bütün bunları hər zaman nəzərə almalıdırlar”.