Bu gün:
Xezer.info » Bu gün » “BİRBANK” KARTINDAN OĞURLUQ – EKSPERTDƏN ÇAĞIRIŞ

“BİRBANK” KARTINDAN OĞURLUQ – EKSPERTDƏN ÇAĞIRIŞ



Vətəndaş Kapital Bankın “BirBank” programının biabırçı təhlükəsizlik sisteminin qurbanı olub. Kartın 3D secure sistemi aktiv olsa da, kartdan böyük məbləğdə pul çəkilib.

Tribunainfo.az yazır ki, bu barədə hüquqşünas Fərhad Mehdiyev məlumat paylaşıb. O bildirib ki, əgər siz də bu proqramdan istifadə edirsinizsə ehtiyatlı olun:

“Mənə müraciət edən bir vətəndaş internetdə satışa bir əşya qoyub. Rusiya nömrəsindən rusça ona yazan birisi ondan Kapital Bankın debit cashback kartının nömrəsini, kartın bitmə tarixini, öz doğum tarixini və tam ad soyadını, atasının adını istəyib və şəxs də bu məlumatları verib. Ehtiyatsız davrandığı göz qabağındadır.

Bundan sonra naməlum xaker hansısa formada bu vətəndaşın digər kartlarından pul çəkib (toplam 4500 azn). Halbuki bu vətəndaş digər kartların nömrəsini kiber-cinayətkara heç vaxt bildirməyib. Müdaxilə ya telefon üzərindən, sonra da “birbank”a müdaxilə etməklə həyata keçirlib, ya da ki Kapital Bankın “Fərdi bankçılıq” sistemi üzərindən. 3D Secure sistemi vətəndaşda aktiv olsa da hansısa formada onu qoruya bilməyib.
Hər bir halda həm Bankın müştəriləri, həm də bankın özü belə hallarla bağlı təhlükəsizlik tədbirlərini artırmalıdır”.