Bu gün:
Xezer.info » Eksklüziv » BU QƏRAR XIRDA SAHİBKARLIĞI SIRADAN ÇIXARACAQ – EKSPERT

BU QƏRAR XIRDA SAHİBKARLIĞI SIRADAN ÇIXARACAQ – EKSPERT



Hökumət 2 il əvvəl kiçik dövriyyəli mikrosahibkarlıq subyektlərini 2%-lik (Bakıda 4%) sadələşdirilmiş vergidən məhrum eləyib 5%-lik güzəştli gəlir vergisinə keçirmişdi. İndi bu güzəşti də onların əlindən alıb 20%-lik gəlir vergisinə keçirməyə hazırlaşır.
BU QƏRAR XIRDA SAHİBKARLIĞI SIRADAN ÇIXARACAQ – EKSPERT
Tribunainfo.az yazır ki, bu barədə danışan iqtisadşı Rövşən Ağayevin sözlərinə görə, bu gün 1000 manat gəlirə görə 50 manat ödəyən mikrosahibkar yanvardan 200 manat ödəməli olacaq.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdən görünən budur. İqtisadçının fikrincə, bu, xırda sahibkarlarlığın məhvinə gətirib çıxaracaq.