Bu gün:
Xezer.info » Dünya » ABŞ-ın Yaxın Şərqdəki obyektləri oktyabrın 17-dən bəri 28 dəfə hücuma məruz qalıb

ABŞ-ın Yaxın Şərqdəki obyektləri oktyabrın 17-dən bəri 28 dəfə hücuma məruz qalıb



ABŞ-ın İraq və Suriyadakı hərbi obyektləri oktyabrın 17-dən bəri 28 dəfə hücuma məruz qalıb.

“Report”un məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.

Onun sözlərinə görə, oktyabrın 26-dan bəri səkkiz hücum olub:

“3-ü İraqda, 5-i Suriyada. Sonuncusu isə oktyabrın 31-də Suriyada baş verib. Qüvvələrimizi qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyik. Necə və ya nə vaxt cavab verə biləcəyimizə dair təfərrüata varmayacağam, lakin deyəcəyəm ki, bunu məqsədəuyğun hesab etdiyimiz vaxt və yerdə edəcəyik”.