Bu gün:
Xezer.info » Dünya » Macarıstan ordusu son illərin ən böyük təlimlərinə başlayıb

Macarıstan ordusu son illərin ən böyük təlimlərinə başlayıb



Macarıstan Silahlı Qüvvələri son illərin ən böyük təlimlərinə başlayıb.

“Report”un məlumatına görə, bunu Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski bildirib.

Onun sözlərinə görə, təlimlərdə digər NATO ölkələrinin hərbçiləri də iştirak edir.

Macarıstanın bir sıra regionlarında noyabrın 26-dək davam edəcək təlim zamanı ordu hissələrinin döyüş hazırlığı yoxlanılacaq və müdafiə qüvvələri ilə mülki idarəetmə orqanları arasında qarşılıqlı əlaqə işlənib hazırlanacaq.

“Biz təhlükəli dövrdə yaşayırıq: müharibə, qeyri-qanuni miqrasiya və onlarla birlikdə terrorizm təhlükəsi Avropanı bürüyür. Macarıstan hökuməti üçün ən vacibi sülhün qorunması, ölkənin və xalqın təhlükəsizliyinin təmin edilməsidir ki, bu da yaxşı təlim keçmiş ordu ilə təmin edilə bilər”.