Bu gün:
Xezer.info » Siyasət » Gülən necə CİA agenti oldu? – ŞOK VİDEO

Gülən necə CİA agenti oldu? – ŞOK VİDEO


Gülən necə CİA agenti oldu? – ŞOK VİDEO
Hazırda Pensilvaniyada gizlənən “FETÖ” terror təşkilatının rəhbəri Fətullah Gülənin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olması iddiaları sübut olunur.

Publika.az xəbər verir ki, bununla bağlı Türkiyənin “A HBR” televiziya kanalında yayımlanan sənədli filmdə deyilir.

Filmdə qeyd olunur ki, Türkiyədə ötən əsrin 50-60-cı illərində kommunizm geniş yayılmağa başlayır: “Eyni zamanda, həmin vaxt kommunizm ideyaları ilə mübarizə aparan təşkilatlar və dərnəklər də meydana gəlməyə başladı. Fətullah Gülən də məhz həmin dövrdə ortaya çıxdı. Kommunizmlə mübarizə dərnəklərindən birinin Ərzurum şöbəsinin başında Fətullah Gülən dayanırdı. Bunu sübut edən və 1965-ci ildə çəkilən fotosu da var”.

Filmdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Fətullah Güləni necə xəfiyyə etməsindən, onun CİA, erməni və yəhudi təşkilatları ilə əməkdaşlığından bəhs edilir.

Bundan əlavə, filmdə Fətullah Gülənin 1965-ci ildə ermənilərə yazdığı şok məktubu səsləndirilib.