Bu gün:
Xezer.info » Bu gün » BANKLARDA TÜRK LİRƏSİ TAPILMIR – PROBLEM

BANKLARDA TÜRK LİRƏSİ TAPILMIR – PROBLEM



Bakıda banklarda Türk lirəsi tapılmır. Heç bir bank manatı lirəyə çevirmir.

Xezerinfo.az xəbər verir ki, bu problemlə Aynur Kıran Babasoy üzləşib. O bildirib ki, Türkiyəyə gedir və ona təcili Türk lirəsi lazımdır, ancaq Bakı banklarında lirə tapılmır:

“Mən bu gün Türkiyəyə gedirəm və bunun üçün üstümdə Türkiyə pulu (1500 tl) olsun dedim, üz tutdum Yasamaldakı banklara. Səhərdən dolaşıram, heç bir bankda Türk lirəsi yoxdur. Belə şey olar ? İki qardaş ölkə, bir-birinə bu qədər bağlı olan xalqlar amma banklarında onların pul vahidi yoxdur. Sizcə bu nə dərəcədə doğrudur?
Milli Bank buna nəzarət etməlidir, məcburi hala gətirməlidir ki, banklarda Türk lirəsi olsun. Mən Türkiyədə rahatlıqla Azərbaycan manatı tapıram. Bu problemi yalnız Bakıda yaşayıram”.