ALMANİYA PREZİDENTİ BU ÖLKƏDƏN ÜZR İSTƏDİ
02-noy-2023Tanzaniyaya səfəri çərçivəsində Maji Maji abidəsini ziyarət edən və orada çıxış edən Almaniya prezidenti Frank-Valter Ştaynmayer, “Almaniyanın Federal Prezidenti kimi almanların burada sizin əcdadlarınıza etdiklərinə görə bağışlanma diləyirəm”, – dedi.
Xezerinfo.az CNN-ə istinadən xəbər verir ki, Almaniya Prezidenti Ştaynmayer çıxışında deyib: “117 il əvvəl, 1906-cı il fevralın 7-də Songeada baş verənlərdən sonra mən çox minnətdaram ki, Almaniyanın Federal Prezidenti kimi burada sizi ziyarət edə bildim və sizinlə söhbət edə bildim”.
“Almaniyanın Federal Prezidenti kimi, almanların burada sizin əcdadlarınıza etdiklərinə görə bağışlamanızı diləyirəm. Sizi əmin edirəm ki, biz almanlar sizi narahat edən suallara cavab tapmaq üçün sizinlə birgə çalışacağıq”, – o deyib.