PAŞİNYAN ƏMƏK NAZİRİNDƏN İZAHAT TƏLƏB ETDİ, QARABAĞLI ERMƏNİLƏRİN…
02-noy-2023Ermənistan hökuməti bu gün Qarabağdan olan ermənilərə maliyyə yardımı ödəmək üçün 1,370 milyard dram (3 milyon dollardan çox) ayırıb.
Xezerinfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında əmək və sosial məsələlər naziri Narek Mkrtçyana müraciət edərək bildirib ki, nə üçün Qarabağlı ermənilərin hamısına tələb olunan birdəfəlik pul yardımı hələ də verilmədiyini cəmiyyətə izah etmək lazımdır.
Nazir qeyd edib ki, blokadadan əvvəl və ya Qarabağdan gələn və geri qayıda bilməyən vətəndaşlar da nəzərə alınmaqla yardım alanların ümumi sayı 104,2 min nəfərə yaxındır.
Nazir qeyd edib ki, gecikmə ərizələrin yoxlanılması ilə bağlıdır: bəzi hallarda hər iki valideyn uşağın adına ərizə verib buna görə də iki müraciətdən biri ləğv edilməlidir.