Bu gün:
Xezer.info » Kriminal » Ermənistanda atışma: Vəzifəli şəxs yaralandı

Ermənistanda atışma: Vəzifəli şəxs yaralandı



Ermənistanın Aştarak şəhərinin vitse-meri Vardan Səfəryan silahlı insident nəticəsində yaralanıb.

APA xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Hadisə Araqatsotn rayonunda baş verib.

Oktyabrın 20-də saat 17:00-da Qalusti Dzor istirahət zonasına gedən yolda dava baş verdiyi, atəş açıldığı, yaralıların olduğu barədə polisə siqnal daxil olub.

Hadisə torpaq sahıəsinin bölgüsü zamanı baş verən davada olub.

Hadsə yerinə gələn polis və müstəntiqlər müəyyən ediblər ki, 65 yaşlı Qalust G., onun oğlu, 37 yaşlı Hayk G. və Aştərək icmasının 34 yaşlı rəhbəri Tovmas Şaqinyan torpaq məsələsinə görə mübahisə ediblər.

Münaqişə zamanı bir neçə nəfər onlara yaxınlaşaraq Qalust G.-ni yerə yıxıb və yumruq və təpikləməyə başlayıb.

Bu zaman Ike G. əlində olan avtomatla hücum edənlər istiqamətində bir neçə dəfə atəş açıb.

Nəticədə 52 yaşlı Vardan Səfəryan və 26 yaşlı Qor P. yaralanıb.

Onlar əvvəlcə Əştərək xəstəxanasına, sonra isə İrəvandakı Erebuni tibb mərkəzinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.