BMT TŞ Yaxın Şərqlə bağlı açıq müzakirələr keçirəcək
21-okt-2023Oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasında (TŞ) Yaxın Şərqdəki hadisələrlə bağlı açıq debat keçiriləcək.
“Xezerinfo.az” xəbər verir ki, bunu Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“Çərşənbə axşamı Təhlükəsizlik Şurasında Yaxın Şərqlə bağlı açıq müzakirələr olacaq. Bu, müntəzəm iclasdır, əvvəlcədən planlaşdırılıb. Amma indi, təbii ki, bu, əlavə əhəmiyyət kəsb edib”, - o deyib.
Diplomat xatırladıb ki, gələn həftə BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi sessiyası da keçirilməlidir.