Bakıda gənc oğlan yol qəzasında xəsarət alıb
21-okt-2023Bakının Sabunçu rayonunda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Mikayılov Mikayıl Eynulla oğlu yaralanıb.
O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır .