Bu gün:
Xezer.info » Bu gün » Sumqayıt polisi narkotik aludəçisinin intiharının qarşısını alıb

Sumqayıt polisi narkotik aludəçisinin intiharının qarşısını alıb



Sumqayıt şəhərində intihara cəhdin qarşısı alınıb.

“Report”un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhər sakini, narkotik aludəçisi, 1986-cı il təvəllüdlü Tarverdiyev Elçin Zakir oğlu naməlum səbəbdən yaşadığı ünvanda intihar etmək məqsədilə özünü qapının çərçivəsindən asmağa cəhd edib.

Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub və intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.