Merkeldən Türkiyəyə gözlənilməz – Sürpriz
02-sen-2016Almaniya hökuməti parlamentin qəbul etdiyi qondarma erməni soyqırımı qərarına isti baxmır. Ancaq bu barədə nə Xarici İşlər naziri Frank Valter Ştaynmayer, nə də kanlser Angela Merkel açıqlama vermək istəyir.
Axar.az “Der Şpigel” dərgisinə istinadən xəbər verir ki, alman XİN və Nazirlər Kabineti Türkiyə ilə münasibəti düzəltməyin alternativ yolunu tapıb.
Hökumət qondarma erməni soyqırımını inkar etməklə rəsmi Ankaranı ovundurmağa hazırlaşır. Bu barədə artıq XİN ilə Nazirlər Kabineti razılaşıb və yaxın günlərdə hökumət sözçüsü Steffen Seybertin açıqlama verəcəyi gözlənilir.
Seybert parlamentin qəbul etdiyi qərarın hökumətə aid olmadığını açıqlayacaq və bu yolla qondarma erməni soyqırımını bir növ inkar edəcək. Digər tərəfdən, hökumət sözçüsü qərarın parlamentin siyasi bir addımı olduğunu və hüquqi anlam daşımadığını deyəcək.
Hökumət bu yolla Türkiyənin Bundestaq millət vəkillərinin İncirlik hava bazasına ziyarətinə izn verəcəyini gözləyir.
Xatırladaq ki, Almaniya parlamenti bu il 2 iyunda 1915-ci il hadisələrini “soyqırım” adlandıran qanun layihəsini qəbul etmişdi. Bu hadisədən sonra rəsmi Ankara alman deputatların İncirliyə səfərini qadağan edib.