10 yaşında Meşəlidə girov götürülən azərbaycanlı dəhşətli günlərdən danışdı
17-okt-2023“Meşəli hadisələri zamanı 10 yaşım vardı, gözümün qarşında babamla nənəmi öldürüb, məni girov götürdülər”.
APA xəbər verir ki, bunu Vaqif Xaçatryanın məhkəməsində zərərçəkən şəxs qismində ifadə verən Ramil Sadıqov deyib.
O bildirib ki, hadisə günü səhərə yaxın silah səslərinə oyanıb: “Həmin vaxt babam Əvəz Sadıqov və nənəm Qönçə Sadıqovanın yanında qalırdım. Səhərə yaxın atışma oldu. Babam dedi ki, gizlənin. Evimizə tərəf hücuma keçdilər. Babam və nənəmi silahla vuraraq öldürdülər. Məni isə tutdular. Əvvəlcə məni dayımın “Niva”sı ilə aparmaq istədilər. Lakin maşın işə düşmədi. Mişa adlı erməni məni Badara kəndinə apardı, yaxınları ilə dəyişmək istəyirdi. Lakin məni onun əlindən aldılar. İki gün Badara kəndində, 24 gün Şuşakənddə, Xankəndidə qalmışam. Sonra Əsgəranda məni 3 erməni ilə dəyişdilər”.