Bu gün:
Xezer.info » Qarabağ » NİKOL PAŞİNYANIN AVROPA PARLAMENTİNDƏ ÇIXIŞI

NİKOL PAŞİNYANIN AVROPA PARLAMENTİNDƏ ÇIXIŞI



Xezerinfo.az xəbər verir ki, bu gün Ermənistanın Baş nazir Nikol Paşinyanın Avropa Parlamentində çıxış edib.

Nazir çıxışında bildirib ki, “Hökumətimiz və Ermənistan Respublikasının xalqı Avropa Parlamentini Ermənistan Respublikasının və Qarabağ ermənilərinin başına gələn bütün sınaqlar zamanı həqiqətin dili ilə danışan qurum kimi tanıyır. Həm də buna görə hamınıza təşəkkür edirəm, çünki həqiqət gücdür və hər dəfə sizin formalaşdırdığınız o gücdən bizim də payımız olub”.

Paşinyan əlavə edib ki, “Çoxları deyir ki, Ermənistan bu gün demokratiyaya görə əziyyət çəkir. Amma mən inamımı vurğulamalıyam ki, Ermənistan Respublikası demokratik olmasaydı, son illərdə onun üzləşdiyi labüd sınaqlardan sadəcə iflic vəziyyətinə düşəcək, müstəqilliyini və suverenliyini itirəcəkdi”.