Bu gün:
Xezer.info » Dünya » İRAN İSRAİLƏ QARŞI MÜHARİBƏYƏ GEDƏCƏKMİ? ABDULLAHİANIN XƏBƏRDARLIĞI

İRAN İSRAİLƏ QARŞI MÜHARİBƏYƏ GEDƏCƏKMİ? ABDULLAHİANIN XƏBƏRDARLIĞI



İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkənin dövlət televiziyasına müsahibəsində bildirib ki, yaxın saatlarda Qəzza zolağındakı “müqavimət qüvvələri”ndən “profilaktik tədbirlər” gözləmək olar.

Xezerinfo.az xəbər verir ki, onun sözlərinə görə, İsrailə Qəzza zolağında nəticəsiz hər hansı bir hərəkət etməyə icazə verilməyəcək.

“Müqavimət liderləri sionist rejimin Qəzzada hər hansı addım atmasına icazə verməyəcəklər… Bütün variantlar açıqdır və biz Qəzza xalqına qarşı törədilən hərbi cinayətlərə biganə qala bilmərik”.

İranın xarici işlər naziri Tehranın müharibəyə qarışması ehtimalını şərh edərkən deyib ki, “istənilən ehtimalı təsəvvür etmək olar”.