ABŞ İSRAİLƏ 2000-DƏN ÇOX ƏSGƏR GÖNDƏRƏCƏK
17-okt-2023Amerika hərbi komandanlığı 2000 dəniz piyadasını İsrail sahillərinə köçürür. Xezerinfo.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi məlumat yayıb.
Telekanal aydınlaşdırır ki, söhbət çevik reaksiya qüvvələrindən gedir.
Qərarın məqsədi ölkələrin və ya digər qrupların İsrailə qarşı mübarizə aparan Fələstinin Həmas hərəkatının tərəfinə keçməsinin qarşısını almaqdır.
Eyni zamanda “The Wall Street Journal” ABŞ Müdafiə Nazirliyinin 2000-ə yaxın hərbçinin İsraili dəstəkləməyə hazır olması əmri verdiyini yazıb.
Qeyd edək ki, Vaşinqton artıq İsrail sahillərinə iki təyyarədaşıyan zərbə qrupu göndərib, baxmayaraq ki, Ağ Ev Fələstin-İsrail münaqişəsi fonunda İsrailə öz əsgərlərini göndərməyi planlaşdırmadığını dəfələrlə bəyan edib.