Bu gün:
Xezer.info » Mədəniyyət » Leyla Əliyevanın şeri: Qoparma o gülü

Leyla Əliyevanın şeri: Qoparma o gülü


Leyla Əliyevanın şeri: Qoparma o gülü
Qoparma o gülü, xahiş edirәm...
Qoparma gәl onu, sәn ondan әl çәk!
Yüzlәrlә sәtirlәr bәxş edәr bizә,
Ömrü dә bәzәyәr o lәçәk-lәçәk.
Qoparma o gülü, xahiş edirәm,
Tale bildiyini qәrara alır.
Keçilәn yolların qәdәri yoxdu,
Bu yolda cәsurlar qәlәbә çalır.
Hara qaçırıq biz o zaman, nәdәn?
Niyә tәnhalıqdan qorxuruq belә?
Dәyәrli, qiymәtli nәyimiz varsa,
Hәr anda hazırıq biz itirmәyә.
Heç nәdәn qorxmuruq, çәkinmirik biz,
Qorxu olan yerdә möcüzә olmaz.
Allahdan hәr kәsә bir pay yazılıb
Yazılmayan yazı, bil ki, çin olmaz.
Qoparma o gülü, xahiş edirәm,
Bu gül güldanında solub ölәcәk.
Qoruya bilmәdi ağıl ürәyiAğlı qoruyur, bil ki, bu ürәk.