Bu gün:
Xezer.info » Dünya » Netanyahu: “Bu, sadəcə başlanğıcdır”

Netanyahu: “Bu, sadəcə başlanğıcdır”



İsrail ordusunun Qəzza zolağına qarşı hərəkətləri “sadəcə başlanğıcdır”.

“Xezerinfo.az” xəbər verir ki, bu barədə hökumət başçısı xalqa müraciətində deyib.

“Böyük qüvvə, misli görünməmiş qüvvə ilə düşmənimizə cavab veririk. Vurğulayıram: bu, sadəcə başlanğıcdır. Düşmənlərimiz hələ indi bədəl ödəməyə başlayıb, gələcəkdə baş verəcək şeylərin təfərrüatına girməyəcəyəm, lakin deyim ki, bu, sadəcə başlanğıcdır”, – siyasətçi bildirib.

Netanyahu dünya liderləri ilə söhbətlərində ölkəsinin “əhəmiyyətli beynəlxalq dəstəyi təmin etdiyini” vurğulayıb:

“Bu gün ABŞ-nin müdafiə naziri (Lloyd Ostin – red.) ilə görüşdüm. Biz müharibənin davamını, İsrailə böyük miqdarda hərbi sursatın çatdırılmasını təmin edirik”.

“HƏMAS-ı məhv edəcəyik, qələbə gətirəcəyik. Vaxt aparacaq, ancaq bu savaşdan heç vaxt olmadığı qədər daha güclü çıxacağıq”, - o əlavə edib.