PREZİDENT ƏLİYEVİN ANONSU: QARABAĞDA GİZLƏNƏN QULDURLARIN MƏHVİNƏ HAZIRLIQ…
12-okt-2023Prezident İlham Əliyev Qarabağda meşələrdə, dağlarda quldur dəstələri qaldığını açıqlayıb. Dövlət başçısı bəyan edib ki, onları zərərsizləşdirmək zaman aparacaq. Xezerinfo.az bu çıxışdan irəli gələrək Ordumuzun növbəti əməliyyat keçirəcəyini istisna etmir. Ağdərə, Xocavənd və digər ərazilərin meşəliklərində qaçaq-quldur dəstələrinin, silahlı qrupların qaldığını nəzərə alsaq, onları məhv etmək üçün addımlar atılacağını indidən anons etmək olar. Görünür ki, Qarabağda gizlənən və “partizan mübarizəsi” aparmaq istəyən başıpozuq dəstələr qalıb. Onlar xunta rejiminin və onun qanunsuz silahlı birləşmələrinin təslim olmasına baxmayaraq, bəzi destruktiv qüvvələr gizlənərək təxribatlara hazırlaşır. Ekspertlərin fikrincə, bölgədə növbəti lokal xarakterli güc tədbirləri görüləcək. Çünki onlar məhv edilməsələr, Qarabağda tam sabitlik və təhlükəsizlik mümkün olmayacaq.