Bu gün:
Xezer.info » Dünya » BAYDEN NETANYAHUYA XƏBƏRDARLIQ ETDİ

BAYDEN NETANYAHUYA XƏBƏRDARLIQ ETDİ



ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya “İsrailin müharibə qaydalarına uyğun hərəkət etməsinin həqiqətən də vacibdir” deyə xəbərdarlıq edib.

Xezerinfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Bayden ABŞ-da yaşayan yəhudi icması liderləri ilə Ağ Evdə keçirilən görüşdən əvvəl açıqlamalar verib.

“Mən iddia edirəm ki, bu, Holokostdan sonra yəhudilər üçün ən ölümcül gündür”, o, Həmasın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən həftə sonu həyata keçirilən hücumları şərh edib.

Bayden İsrailə hərbi dəstəyi artırdıqlarını və Dəmir Qübbəni doldurmaq üçün Şərqi Aralıq dənizinə sursat göndərdiklərini qeyd edib.