Azərbaycanda 4 sığorta agentinin lisenziyası ləğv edilib
10-okt-2023Azərbaycan Mərkəzi Bankı 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.
Bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar oktyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar könüllü müraciət əsasında ləğv olunub.