YAXIN ŞƏRQ “QAN ÇANAĞI”NA DÖNÜB: ÜÇÜNCÜ QÜVVƏ MÜHARİBƏYƏ QOŞULA BİLƏR – TƏHLİL
10-okt-2023Bu gün baş verən qarşıdurmalar regional yox, geosiyasi xarakter daşıyır. Ukrayna, Suriya, Afrika, Fələstin və.s bölgələrdə baş verənlər məhz geosiyasi qarşıdurmanın nəticələridir.
Bu sözləri Xezereinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib. O qeyd edib ki, HƏMAS-ın İsrailə minlərlə raket atması prosesi bir saata, yaxud bir günə həyata keçirilməyib. Bunun üçün aylarla hazırlıq prosesi lazımdır ki, düyanın ən güclü kəşfiyyat orqanı olan MOSSAD-ın bundan xəbər tutmaması sual doğurur:
“Bu, HƏMAS-ın boyunu aşan məsələdir və burada 3-cü qüvvələrin əli mütləq var. Hadisənin kimin işinə yarıdığına diqqət yetirmək lazımdır. Türkiyənin Suriyada Amerika və İsralin dəstəklədiyi YPG/PYD terror təşkiltına qarşı antiterror əməliyyatlarına başlaması Vaşinqtonun terror dövləti qurma strategiyasına çox ciddi zərbə vurur. Beləliklə də Amerika Türkiyınin qarşısına birbaşa çıxmaq istəmədiyi və bunun Amerika üçün ciddi fəsadların olduğunu hesabladığı üçün dolayısı ilə Suriyada yeni hərbi əməliyyatlara legitimlik qazandrmaq və əlavə qüvvə yeritmək üçün “əsas”lazımdır. Bunun üçün ən uyğun variant bu dəfə “İŞİD-ə qarı mübarizə” deyil “İsraili qorumaq” adı altında olacaq. Yəni Amerika qarşıdurmanın Fələstin ərazisində bitməsində deyil, Suriyaya yayılmasına çalışacaq”
.Ə.Zülfüqaroğlu əlavə edib ki, İsrailə hücumu planlayan, yaxud prosesə sonradan qoşulacaq ölkələr vəziyyəti daha da gərginləşdirəcəklər:
“İsraili çox çətin bir dönəm gözləyir. Qarşıdurmanın coğrafiyasını Suriyaya daşımaqda maraqlı olan Amerika ciddi təhdidlərlə üz-üzə qalacaq. Tarixdə ilk dəfə olaraq əksər region dövlətləri Fələstin məsələsi ilə bağlı yaxın mövqedən çıxış edir. Buna görə də proses uzanacaq və ən uyğun variant qadaş Türkiyənin təklif etdiyi Fələstin dövlətinin tanınmasıdır”.