HƏMAS-A QARŞI HÜCUMU HANSI ÖLKƏLƏR TƏSDİQLƏYİB? BƏYANAT
10-okt-2023Ağ Ev Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ-ın HƏMAS-ın İsraili işğal etməsi ilə bağlı birgə bəyanatını dərc edib.
Tribunainfo.az xəbər verir ki, bu aparıcı Qərb ölkələrinin liderləri İsrailə koordinasiyalı dəstək vəd edib və HƏMAS-ı qınayıblar.
Bəyanatda liderlər “Fələstin xalqının qanuni istəklərini tanıyır və həm israillilər, həm də fələstinlilər üçün ədalət və azadlıq üçün bərabər tədbirləri dəstəkləyirlər”.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Baydenə HƏMAS yaraqlılarını məhv etmək üçün genişmiqyaslı quru əməliyyatının aparılmasının zəruriliyini bildirib və bu məsələdə ABŞ-dan dəstək istəyib.