Xankəndi şəhər poliklinikası TƏBİB-in balansına verildi
09-okt-2023Bir sıra KİV-də Xankəndi şəhər poliklinikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansına verilməsi ilə bağlı məlumat yayılıb.
Tribunainfo.az-ın xəbərinə görə, yayılan məlumatlarda qeyd edilib ki, yaxın günlərdə inventarlaşdırma işlərinə başlanılacaq.
Məsələ ilə bağl TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Xankəndi şəhərində digər həyati vacib sahələr kimi, tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
“01.10.2023-cü il tarixindən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də, tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub”, – deyə əlavə edilib.