Bu gün:
Xezer.info » Dünya » “HƏMAS”A GÖRƏ FƏLƏSTİNİ NƏ GÖZLƏYİR? – TƏHLİL

“HƏMAS”A GÖRƏ FƏLƏSTİNİ NƏ GÖZLƏYİR? – TƏHLİL



“HƏMAS silahlıları yəhudi dövlətinə qarşı vəhşicəsinə hücum ediblər”. Xezerinfo.az xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib. “Bu bizim 11 Sentyabrımızdır. Biz tənliyi dəyişmək, köhnə paradiqmanı məhv etmək əzmindəyik. Bu vəhşilər ağır cavab verəcəklər və biləcəklər ki, mülki vətəndaşlarımıza qarşı bu vəhşiliklər təkrar edilə bilməz”, – Erdan bildirib.
HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 300-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb.
Siyasi ekspert Qədir Aslanın fikrincə, Fələstin bütövlükdə İsrail dövlətinin daxilinə inteqrasiya edilməlidir: “Yer üzündə ayrıca Fələstin adlı dövlət olmamalıdır. Onlar dövlət ola bilmədilər, bilməyəcəklər də. Erməni qardaşları kimi əllərindən gələn iş terror, terror, terrordur. Korrupsiya, insan alveri, düşərgələrdə terrorçu yetişdirmə, nə pis iş desən, Fələstindən çıxır. Təsəvvür edin, Qəzza sektorunun işığını 70 faiz İsrail verir. Bunlar konkret silahsızlaşdırılmalı və İsrail dövlətinin çətirinin altına keçməlidirlər”.
Tarixçi Yadigar Sadıqlı qeyd edir ki, ərəb ölkələri ilə qarşıdurmada İsrailin ən zəif resursu əhali sayıdır: “Buna görə də müharibələrdə az qüvvə ilə qələbə qazanmağa çalışıblar. Altı günlük müharibədə 1000 nəfərdən az itki ilə ərəb koalisiyasını ağır məğlubiyyətə uğratdı. Məşhər günü savaşında 2500-3000 itki verilməsi cəmiyyətdə etirazlara və hökumətin fəaliyyətini araşdıran komissiyanın yaradılmasına səbəb oldu. İndisə 350 nəfər itki verdiyi söylənilir. Bu rəqəm yəqin ki, artacaq.
Məşhər günü savaşında qəfil yaxalanandan keçən 50 il ərzində Mossad ən böyük fiaskosunu yaşadı”.