Bu gün:
Xezer.info » Qarabağ » DTX TƏCRİDXANASINDA KİTAB OXUYAN BABAYANI NƏ GÖZLƏYİR? – DOSYE

DTX TƏCRİDXANASINDA KİTAB OXUYAN BABAYANI NƏ GÖZLƏYİR? – DOSYE



Hazırda həbsdə kitab oxuyan qondarma rejimin “xarici işlər naziri” David Babayan digər separatçılardan fərqlənir. Belə ki, onu Araik, Ruben və Bako kimi cinayətkarlardan ayıran özünün Şuşaya gələrək təslim olmasıdır. Tribunainfo.az bildirir ki, bu da onun gələcəkdə amnistiyaya düşməsinə səbəb ola bilər. Çünki Azərbaycan özü təslim olanlara amnistiya tətbiqini istisna etməyib.
David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. 2023-cü il sentyabrın 29-da Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib.
David Babayan 1973-cü ildə Xankəndində anadan olub. 1989-cu ildə Xankəndi 8 saylı rus orta məktəbini bitirib. Babayan 1989-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutuna iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə daxil olmuş və 1994-cü ildə bitirmişdir.


O, 1997-ci ildə Ermənistan Amerika Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1998-ci ildə Mərkəzi Avropa Universitetinin (Budapeşt) Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb.

Babayan 2005-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 2013-cü ildə dosent elmi adını alıb. O, 2018-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə yiyələnib.
O, geosiyasət, politologiya və hökumətşünaslıq fənnlərindən Xankəndi Pedaqoji İnstitutu və Gorus Dövlət Universitetində dərs deyir. 300-ə yaxın nəşrin, o cümlədən Ermənistan, Rusiya, ABŞ və Avropanın bir sıra aparıcı elmi nəşrlərində dərc olunmuş onlarla elmi məqalənin müəllifi olub. O, 8 monoqrafiya müəllifidir.