“Mançester Siti”nin sahibi “Rusiya ilə əlaqələr”ə görə klubunu itirə bilər
07-okt-2023“Mançester Siti”nin sahibi Şeyx Mənsur Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin təşkilatçılığı ilə istintaqa cəlb edilib.
“Şəhərlilər”in sahibi Rusiya ilə əlaqələrdə şübhəli bilinir.
İngiltərə hüquq-mühafizə orqanlarının məlumatına görə, 2008-ci ilin avqust ayından Mançester klubuna sahib olan Mənsur Ukraynada müharibə başlayandan sonra rusiyalı maqnatlara vəsaitlərini İngiltərədən Birləşmiş Ərəb Əmirliklərinə köçürməyə kömək edib.
52 yaşlı şeyx Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidentidir və onun sərvəti təxminən 16 milyard avro qiymətləndirilir. Qeyd olunur ki, Britaniya hökumətinin irəli sürdüyü ittihamlar təsdiqlənərsə, o, klubu itirə bilər.
Premyer Liqanın yeni qaydalarına əsasən, klub sahibləri və direktorları cinayət əməllərində və ya insan hüquqlarının pozulmasında iştirak etdikləri aşkar edilərsə, tutduqları vəzifələrdən uzaqlaşdırıla bilərlər.