Qazaxıstanda hicab və digər dini geyimlər qadağan edilə bilər
07-okt-2023“Qazaxıstanda ictimai yerlərdə hicab və digər dini geyimlərin geyinilməsi qadağan edilə bilər”.
Bu sözləri ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva deyib.
“Dinlə bağlı məsələlər çox aktuallaşıb. Məsələ əhalinin dindarlığında deyil, dini savadsızlıqdadır. Bu gün ənənəvi dini cərəyanlarla yanaşı, qeyri-ənənəvi dini cərəyanlar da aktiv fəaliyyət göstərir. Ona görə də nazirlik üç istiqamətdə iş görür. Bu, sosial şəbəkələrdə destruktiv xarakterli materialların müəyyən edilməsi üçün gecə-gündüz monitorinqin aparılmasıdır”, - deyə Balayeva Mərkəzi Rabitə Xidmətində keçirilən brifinqdə bildirib.
Mənbə: Sputnik Qazaxıstan