“Politico”: “Avropa liderlərinin Qranada görüşü uğursuzluqla nəticələndi”
06-okt-2023Avropa Siyasi İcmasının Qranadada keçirilən yüksəksəviyyəli sammiti gözlənilən böyük nəticələri doğrultmadan keçib.
Bu barədə “Politico” nəşrinin məqaləsində deyilir.
Qeyd olunur ki, 50-yə yaxın Avropa liderinin, onlarla köməkçinin və jurnalist ordusunun iştirak etdiyi sammit Avropanın “kandar”ında baş verən münaqişələrin və ya hər hansı digər regional problemlərin həllində əhəmiyyətli irəliləyiş əldə edə bilməyərək uğursuzluqla başa çatıb.
“Təşkilatçılar görüşdən sonra planlaşdırılan mətbuat konfransını ləğv etməli olublar. 700-ə yaxın jurnalist əbəs yerə Qranadada toplaşaraq, Qarabağdakı vəziyyət, Balkan ölkələrindəki fikir ayrılıqları və Avropa təhlükəsizlik sistemindəki çatışmazlıqlar kimi cari problemlərin həlli üçün razılaşmalar gözləyirdilər. Görüşdə əsas oyunçuların, xüsusən də, Azərbaycan və Türkiyənin iştirak etməməsi səbəbindən bu məsələlərdə irəliləyiş əldə etmək mümkün olmayıb.
Tədbirin təşkilatçıları mətbuat konfransının niyə ləğv edildiyini dəqiq açıqlamayıblar.
Sammitdə “sıçrayışlı qərarlar” olmadığı üçün mətbuata açıqlama verməyə ehtiyac olmadığı bildirilib. Bu, mini-BMT-dir, liderlərin sövdələşə biləcəyi bazardır”, - məqalədə qeyd olunub.